| |
Araz Elsəs 1971:ci il,
novambr ayının 27 sində
Güney Azərbaycanda,
Urmu gölünün yaxınlığında
yerləşən Sulduz şəhərində
doğulub. Onun musiqiyə
olan sevgisi uşaqlıq
çağlarından bəlliydir!
Yavaş-yavaş boya başa
çatdıqdan sonra, İran
dövlətinin,Azərbaycan türklərinə
qarşi olan iyrənc siyasəti
onunda könlünü acıtmağa başlayır!
Ən gənc yaşlarından
doğma yurdunu, doğma
dildə oxşamağa
başlayir!
Sazıyla, sözüylə
illərin yuxusuna batmış
ulusun oyanışa səsləyir!
Daha sonra yazıb, oxuduğu
mahnıların üzündən,
İran dövlətinin törətdiyi
bir suru çətinliklərlə
üzləşərək,
doğma yurdundan ayrılmalı
olur!
1991:ci ildə yurdumuzun bağımsız
olan bölümünə köçür! Orada
yaşadığı surədədə
bir çoxlu çətinliklərlə
üzləşir, İran dövlətinin
əlaltılari oradada onu
dinc buraxmırlar!
Ancaq yüksəklərdə
dalğalanan Azərbaycanımızın
bayrağı habelə böyük
ulusumuzun sevgisi onun ürəyinə
dirək olur!
1997:ci ildə Avropa yazarlar parlamenti tərəfindən
siyasi şair, ozan olaraq
Norvaçə çağırılır.
O çagdan Avropada yaşayır,dəyişik
ölkələrdə
yaşayan yurddaşlarımızla
görüşlər aparır,
konsertlər verir!
|
,,,
|
|